İRNA-nın məlumatına görə, çərşənbə günü Avropa Şurasının rəhbəri Azərbaycan Respublikasına mühüm Laçın marşrutunun bağlanmasına son qoymağı tövsiyə edib.
“İnterfaks” Xəbər Agentliyinin məlumatına görə, Avropa İttifaqı Şurasının sədri Çarlz Mişel Azərbaycan Respublikasına Laçın marşrutunun bağlanmasının təcili aradan qaldırılmasının vacibliyini vurğulayıb.
Mişel bölgəyə təcili humanitar yardım göndərilməsinin zəruriliyinə diqqət çəkib. O, həmçinin mövcud problemlərin həlli üçün Ermənistan və Azərbaycan arasında tez bir zamanda görüşün keçirilməsinə çağırıb.
Ötən günlərdə Çin və Fransanın xarici işlər nazirləri də telefon danışığında Qarabağdakı son vəziyyəti, o cümlədən mühüm Laçın dəhlizini dəyərləndiriblər.
Ötən şənbə günü Fransanın xarici işlər naziri Ketrin Kolonna çinli həmkarı Vanq Yi ilə Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edib.
Fransa XİN-nin bəyanatında bildirilir: “Kolonna və Çin Xarici İşlər naziri Dağlıq Qarabağ, Ukrayna və Nigerin vəziyyətini, ikitərəfli və çoxtərəfli əməkdaşlıqla bağlı digər məsələləri müzakirə ediblər. Fransanın Xarici İşlər naziri Laçın dəhlizi ilə sərbəst hərəkətin bərpasına, Qarabağ əhalisinin təbii qaz və elektrik enerjisi ilə fasiləsiz təmin edilməsinə çağırışını bir daha bəyan edib.”
Sizin rəyiniz