İRNA-nın Livan mənbələrinə istinadən verdiyi məlumata görə, Pinda Livanın cənubunda, işğal olunmuş ərazilərlə həmsərhəd Xeyam həbsxanasının qarşısında keçirdiyi mətbuat konfransında deyib: “İsrail rejimi uşaqları, qadınları və jurnalistləri qətlə yetirir və bu gün Qəzzada etdiyi hər şey müharibə cinayətidir.”
“İsrail rejiminin Qəzzada etdikləri Fələstin xalqına qarşı “holokost”dur”- deyə, bildirən Avropa Parlamentinin nümayəndəsi vurğulayıb: “Beynəlxalq hüquq və bütün qanunlar özünümüdafiə və işğala qarşı müqavimət hüququnu təsbit edir. Oktyabrın 7-də (Əl-Əqsa Tufanı əməliyyatı) da buna uyğundur.”