Sionist rejimin hücumlarının ilk günlərindən bütün faktlar amerikalıların müharibənin idarə edilməsində birbaşa iştirakını göstərir. Bu müharibə davam etdikcə, Amerikanın sionist rejimin cinayətlərini idarə etməkdə bilavasitə rolunun faktları daha açıq və rəngli şəkildə görünür.
Əgər Amerikadan hərbi və siyasi yardım olmasa, sionist rejim üçün işlər davam edə bilməyəcək.
Şübhəsiz, amerikalılar Qəzzanın cinayətlərində sionistlərin ortaqlarıdır.
Qəzzada bütün qətliamlara baxmayaraq, sionist rejim indiyə qədər uğursuzluğa düçar olub. Bu, hadisənin real tərəfidir. Çünki itirdiyi reputasiyanı bərpa edə bilmədi və gələcəkdə də buna nail ola bilməyəcək.”
İslam İnqilabının Ali Rəhbəri Qəzzada bombardmanların dayandırılması üçün Amerika və sionist rejimə qarşı siyasi təzyiqləri artırmaq məqsədilə hərtərəfli səy göstərməyin vacibliyini vurğulayaraq deyib: “İran İslam Respublikası və İraq bir-biri ilə koordinasiya edərək bu sahədə rol ifa edə və təsir göstərə bilər.”
Ayətullah Xamenei İran və İraq arasında iqtisadi və təhlükəsizlik sahələrində ikitərəfli əməkdaşlığa da toxunaraq deyib: “Allaha şükürlər olsun ki, işlər irəli gedir, ancaq eyni ilkin motivasiya ilə razılaşmaları izləməyi davam etmək və yavaşlamamaq üçün diqqətli olmaq lazımdır.”
Həzrət Ayətullah Xamenei sonda Ərbəin günlərində qonaqpərvərliyə, göstərilən xidmətə və təhlükəsizliyin bərqərar olmasına görə İraq xalqına və hökumətinə və şəxsən Baş nazirə səmimi təşəkkür edib.