Kiş - İRNA - Prezidentin köməkçisi və Azad Zonalar üzrə Ali Şurasının katibi hazırkı hökumətdə bu bölgələrə 200 milyon avroluq xarici sərmayə qoyulmasına toxunaraq deyib: “İstehsalla rifah ardıncayıq və güc yaradırıq.”

İRNA müxbirinin verdiyi məlumata görə, Höccətullah Əbdül-Məliki bazar ertəsi “Kiş INVEX”  sərgisinin açılış mərasimində istehsalın artırılması üçün azad zonaların imkanlarından maksimum istifadə edilməli olduğunu vurğulayaraq deyib: “Azad zonalardan 18 milyard dollarlıq qeyri-neft ixracı bu zonalarda iqtisadiyyatın dinamikasını göstərir.”

O, ölkənin tranzitinin 70 faizinin azad zonalar vasitəsilə həyata keçirildiyini bildirərək deyib: “13-cü hökumətdə azad zonalara investisiya iki dəfə artaraq 200 milyon avroya çatıb.”