Publish Date: 9 noyabr 2023 - 10:48

Tehran - İRNA - Prezident İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı sammitində iştirak etmək üçün bir neçə dəqiqə əvvəl Daşkəndə gəlib və Özbəkistanın Baş naziri tərəfindən qarşılanıb.

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 16-cı Sammitində iştirak və çıxış etmək, bu sammitdə iştirak edən bəzi ölkələrin rəhbərləri ilə ikitərəfli görüşlər keçirmək Prezidentin Özbəkistana bir günlük səfərinin planları sırasındadır.