İRNA-nın məlumatına görə, ölkəmizin prezidenti Ayətullah Seyid İbrahim Rəisi Daşkənddə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı iclası çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşüb və müzakirələr aparıb.
Prezident İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı iclasında iştirak etmək üçün Özbəkistana səfər edib. Ayətullah Rəisi Daşkənddəki İslam Kərimov adına Beynəlxalq Hava Limanına enərkən sözügedən ölkənin Baş naziri Abdulla Arifov tərəfindən qarşılanıb.