Tehran - İRNA - İran İslam Respublikası Prezidenti sionist rejim səlahiyyətlilərinin dəvət olunması səbəbindən BMT-nin BƏƏ-də keçiriləcək iqlim dəyişikliyi iclasında iştirak etməyəcək.

İRNA-nın məlumatına görə, Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər naziri Şeyx Abdullah Bin Zayed Al Nihyan Cənubi Afrikanın Keyptaun şəhərində BRİKS dostlarının iclası çərçivəsində Hüseyn Əmir Abdullahiyanla görüşdə, dövlət başçıları səviyyəsində görüşün keçirilməsinə toxunaraq, Ayətullah Seyid İbrahim Rəisini bu iclasda (İqlim Dəyişikliyi) iştirak etməyə dəvət etmişdi.