Kazım Cəlali şənbə günü səhər saatlarında İRNA-ya açıqlamasında bildirib: “Bu görüş sahilyanı ölkələrin beş xarici işlər nazirlərinin illik proqramı çərçivəsində keçirilir və orada bu mavi zona ilə bağlı ən mühüm məsələlər qaldırılır.”
Səfir qeyd edib ki, Moskva görüşündə Xəzər regionunun təhlükəsizliyi, iqtisadi əlaqələrin genişləndirilməsi, dəniz nəqliyyatı, ticarət, enerji, ətraf mühit və müvafiq hüquqi məsələlər kimi müxtəlif sahələrdə əməkdaşlığın inkişafı sahələri müzakirə olunacaq.
Kazim Cəlalinin sözlərinə görə, İran, Rusiya, Azərbaycan, Qazaxıstan və Türkmənistanın xarici işlər nazirləri Moskvada keçirdikləri iclasda Xəzəryanı ölkələrin liderlərinin qarşıdakı görüşünün qaydasını da müzakirə edəcəklər.