İRNA-nın məlumatına görə, doktor Seyid İbrahim Rəisi şənbə günü axşam saatlarında Yaponiyanın Baş naziri Fumio Kişidanın telefon zənginə cavabında iki ölkə arasında əlaqələrin yaxşı, tarixi, xüsusilə ticarət və iqtisadi sektorda əməkdaşlığı inkişaf etdirmək üçün müxtəlif imkanlara malik adlandıraraq deyib: “İran və Yaponiya arasında artan əlaqələr bəzi bədxahların istəklərindən təsirlənmədən güclü şəkildə davam etməlidir.”
Fələstin mövzusuna toxunan doktor Rəisi təklif edib ki, müxtəlif ölkələr, o cümlədən Yaponiya, öz xalqı arasında referendum keçirməklə, Fələstin xalqının hüquqlarına dəstək səviyyəsini birbaşa müşahidə edə bilər, baxmayaraq ki, Qərb dövlətləri belə bir referendum keçirməkdən çox qorxurlar.