Əmir Abdullahiyan sionist rejimin Qəzza zolağına və İordan çayının qərb sahilinə qanlı hücumları dayandırmağa məcbur etmək təkliflərini bəyan edərək dedi: “İşğal olunmuş Fələstin ərazilərinə malların ixracı dayandırılmalı və İsrail istehsalı olan mallara sanksiya qoyulmalıdır. Bu, Qəzza əhalisi ilə həmdərdlik göstərmək üçün həyata keçirilə bilən ən az işdir.”
Xarici İşlər naziri çıxışının digər hissəsində beş sahilyanı ölkənin xüsusi nümayəndələrinin fəaliyyətinə toxunaraq dedi: “Xəzərdə əməkdaşlığın bütün sahələrini idarə və nəzarət edə bilən katiblik və ya təşkilat yaratmaq zəruridir.”
O, Tehran Konvensiyasının Katibliyinin Xəzəryanı ölkələrə köçürülməsini də təklif etdi.
'Xəzər dənizi ilə bağlı bütün qərarların beş sahilyanı ölkənin konsensus və razılığı əsasında olmasını vurğulayan Xarici İşlər naziri qeyd etdi ki, Xəzər dənizini əsl dostluq, tərəqqi və inkişaf rəmzinə çevirmək üçün biz mümkün qədər kollektiv qarşılıqlı fəaliyyət və əməkdaşlığı gücləndirməliyik.