Tehran - İRNA - İran və Rusiya prezidentləri Moskvada görüşüb müzakirə ediblər.

İRNA-nın məlumatına görə, ölkəmizin Prezidenti Ayətullah Rəisi Moskvada Rusiya Prezidenti Putinlə görüşüb və müzakirələr aparıb.

Ölkəmizin Prezidenti Ayətullah Rəisi bu görüşdə deyib: “Bu gün bəşəriyyətin əziyyət çəkdiyi təkqütblü və ədalətsiz dünya sistemidir. Bunun təsirini Qəzzada görmək olar.”

Prezident vurğulayıb: “Fələstində baş verənlər soyqırımdır və insanlığa qarşı cinayətdir. Sionist rejimin 5 mindən çox uşağı şəhid etməsi təəssüf doğurur.”