İRNA-nın məlumatına görə, Xarici İşlər Nazirliyinin Qərbi Avropa məsələləri üzrə mərkəzinin Baş direktoru bu çağırışda İran vətəndaşına qarşı həyata keçirilən addımı kəskin pisləyərək deyib: “Təəssüfləndirici haldır ki, onilliklər ərzində İran, İraq və Avropa xalqlarına qarşı ən iyrənc terror və anti-insani aktlar törətmiş şəxslər və qrupların yalan iddialarına minimum ədalətli mühakimə standartları ilə məhkəmədə istinad edilir, hüquqi mexanizmlərdən sui-istifadə etməklə zəhərli və təxribatçı cərəyanların siyasi məqsədlərinin həyata keçirilməsinə yol verilir.”
O, əlavə edib: “İsveç məhkəməsi bu saxta və qondarma işə baxılarkən məhkəmə prosesinin kriteriyalarından asılı olmayaraq, saxta ittihamlar irəli sürərək yanlış istiqamətə addım atıb.”