Diplomatik aparatın sözçüsü əlavə edib: “Bu bir günlük beynəlxalq toplantıda dünyanın 50-dən çox ölkəsindən yüksək səviyyəli dövlət rəsmiləri, tanınmış siyasi, dini, ziyalı və media xadimləri iştirak edəcək.”
Bu konfransın keçirilməsini İran İslam Respublikasının məzlum Fələstin və qəhrəman Qəzzə xalqının müqavimətinə dəstək istiqamətində diplomatik səylərinin davam etdirilməsi çərçivəsində dəyərləndirən Kənani deyib: “Sionist aparteid rejiminin məzlum Fələstin xalqına qarşı hərbi cinayətləri və soyqırımlarının dərhal dayandırılması bütün dünyada haqq-ədalət axtaranların və oyaq insan vicdanlarının tələbidir.”