23 dekabr 2023 at 10:23
Jurnalist kodu: 5487
Xəbər kodu: 85330261
T T
0 Persons

Tags

Tehranda Fələstinlə bağlı beynəlxalq konfrans keçiriləcək

23 dekabr 2023 at 10:23
Xəbər kodu: 85330261
Tehranda Fələstinlə bağlı beynəlxalq konfrans keçiriləcək

Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani bu gün keçiriləcək “Fələstin üzrə Beynəlxalq Tehran Konfransı”nın keçirilməsi ilə bağlı açıqlamasında bildirib: “Bu konfrans Qəzza və İordan çayının qərb sahilində məzlum Fələstin xalqına beynəlxalq dəstəyi gücləndirmək, Qəzzaya qarşı hərbi hücumların tamamilə dayandırılması və onun mühasirəsinin aradan qaldırılması üçün sionist rejimə təzyiqlərin gücləndirilməsi, həmçinin Fələstin xalqına beynəlxalq humanitar yardımın göndərilməsini hərəkətləndirmək məqsədi ilə keçirilir.”

Diplomatik aparatın sözçüsü əlavə edib: “Bu bir günlük beynəlxalq toplantıda dünyanın 50-dən çox ölkəsindən yüksək səviyyəli dövlət rəsmiləri, tanınmış siyasi, dini, ziyalı və media xadimləri iştirak edəcək.”

Bu konfransın keçirilməsini İran İslam Respublikasının məzlum Fələstin və qəhrəman Qəzzə xalqının müqavimətinə dəstək istiqamətində diplomatik səylərinin davam etdirilməsi çərçivəsində dəyərləndirən Kənani deyib: “Sionist aparteid rejiminin məzlum Fələstin xalqına qarşı hərbi cinayətləri və soyqırımlarının dərhal dayandırılması bütün dünyada haqq-ədalət axtaranların və oyaq insan vicdanlarının tələbidir.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .