İRNA-nın hökumət müxbirinin verdiyi məlumata görə, ölkəmizin prezidenti Ayətullah Rəisi Fələstin barədə keçirilən Beynəlxalq Tehran Konfransında deyib: Bizi bir araya gətirən bütün İslam dünyası və ziyalılar, rəsmilər, siyasi, mədəni, ictimai xadimlər və media fəallarnın ümumi qayğısıdır. Fələstin məsələsi təkcə İslam dünyasının deyil, həm də bəşəriyyət aləminin əsas məsələsidir.
Prezident aydınlaşdırdı: Fələstin məsələsi bütün dünyadakı bütün ayıq və vicdanlı insanları narahat edir. Hegemon sisteminin cərəyanı hökmranlıq və zülmlə Fələstin xalqının hüquqlarını məhv etmək istəyir və qanun və insanlığa əhəmiyyət vermir, onun üçün vacib olan hegemon sisteminin mənafeyidir; bu məsələ hər kəsi düşündürməlidir.
Amerika və sionistlər beynəlxalq məhkəmədə insanlığa qarşı cinayətlərə görə mühakimə edilməlidir.
Sionist rejimin cinayətləri, qadın və uşaqların öldürülməsi, Fələstin xalqının evlərinin dağıdılması təəssüf doğurur. Daha təəssüf doğuran isə ABŞ və bir sıra Qərb ölkələrinin bu rejimin cinayətlərinə mütləq dəstək verməsidir. Bundan daha acınacaqlısı isə insan haqlarını müdafiə etmək iddiasında olan beynəlxalq təşkilatların, qurumların səmərəsizliyidir. Bəşər cəmiyyətində böyük təəssüf hissi doğuran odur ki, bu cinayətlər hər kəsin gözü qarşısında baş verir və bu gün dünyada insanlığa qarşı törədilmiş bu dəhşətli cinayətlərin məhsulu olan ədalətsiz dünya nizamı formalaşıb.
O, bəyan etdi: Bəşəriyyət yeni dünya nizamını formalaşdırmaq üçün düşünməlidir və həmfikir insanların bu görüşləri yeni dünya nizamını formalaşdırmaq üçün ciddi əməkdaşlıq və yardımla müşayiət olunmalıdır. İşğalla mübarizənin həll yolu; birincisi, işğalçını qovmaq, ikincisi, işğalçını cəzalandırmaq, üçüncüsü isə, işğalçının dəymiş ziyanı ödəməsidir. Bütün hüquqi standartlarda işğalla mübarizənin həll yolu budur.
Ayətullah Rəisi əlavə etdi: Əgər bu işğal bir il deyil, 70 il olarsa, onun davam etməsi heç bir formada qanunilik gətirməyəcək. Sionist rejimin qanuniləşdirilməsi lazım olduğuna inanan bir çox insanlar bu suala cavab verməlidirlər: İşğalın davam etdirilməsi legitimlik gətirirmi? Hansı hüquq məktəbində deyiblər ki, işğalçı işğala davam edərsə, ona sahiblik hüququ verilir? Davamlı işğalın, legitimlik və ya sahiblik yaratmasını bildirən heç bir hüquq sistemi yoxdur. İşğalçı həmişə işğalçıdır və işğala son qoyulmalıdır. Fələstin xalqının müdafiəsi onun qanuni hüququdur, qanuni müdafiə hüququ bütün beynəlxalq standartlar tərəfindən tanınır.