İRNA-nın şənbə günü Şərqi Azərbaycan Sənaye, Mədən və Ticarət İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinə istinadən verdiyi məlumata görə, Məhəmməd Cəfər Üzmayi şənbə günü bu xəbəri açıqlayaraq deyib: “Ölkəmizlə Avrasiya İqtisadi İttifaqının üzv ölkələri arasında ticarət əməkdaşlığına dair anlaşma memorandumunun imzalanması bu regiona qeyri-neft ixracının əhəmiyyətli dərəcədə artması ilə nəticələnəcək.”
Şərqi Azərbaycan vilayətini Avrasiya ölkələrinə açılan qapı adlandıran Üzmayi əlavə edib: “Avrasiya ölkələrindəki ticarət bazarları vilayətin xarici ticarəti üçün böyük imtiyazdır, ona görə də bu imkanlardan səmərəli istifadə edilməlidir.”
O, qeyd edib ki, ticarət əlaqələrinin yüksəldilməsi məqsədilə Avrasiya ölkələri ilə ticarət dövriyyəsinin əvvəlki illərlə müqayisədə daha çox artırılması üçün zəruri tədbirlər həyata keçirilir.
Şərqi Azərbaycan Sənaye, Mədən və Ticarət İdarəsinin Baş direktoru açıqlamasının davamında deyib: “Bu il Şərqi Azərbaycandan Avrasiya ölkələrinə 812 adda mal ixrac edilib, halbuki ötən il bu rəqəm 738 adda məhsul olub.”
“Vilayətdən Avrasiyaya ixrac 204% artımla Rusiya, 31% artımla Ermənistan və 6% artımla Qazaxıstan ölkələri olub” - deyə, o, bildirib.
Ermənistanın Şərqi Azərbaycan vilayəti ilə quru sərhədinə görə əsas ixrac istiqamətlərindən biri olduğunu vurğulayan Üzmayi deyib: “Ermənistanla quru sərhədinin olmasının üstünlüyü ilə yanaşı, bu yolla Rusiya bazarlarına ciddi giriş növbəti ildə ixracın əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq.”
Onun sözlərinə görə, Avrasiya ölkələri ilə ticarətdə mübadilə edilən əmtəə qruplarına neft-kimya və neft məhsulları, sənaye, xalça və sənətkarlıq, kənd təsərrüfatı, mədən və mineral sənaye daxildir.