Avrasiya
-
Şərqi Azərbaycanın Avrasiya ölkələrinə ixracında 46 faiz artım
Təbriz - İRNA - Şərqi Azərbaycan Sənaye, Mədən və Ticarət İdarəsinin Baş direktoru deyib: “Vilayətin gömrüyündən bu ilin 8 ayında Avrasiya ölkələrinə ixracın məbləği dəyər baxımından 183 milyon dollar, çəki baxımından isə 737 min ton olub. Bu da, ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər baxımından 46 faiz, çəki baxımından isə 82 faiz artıb.”
-
İran ilk dəfə Avrasiyanın 170 milyon nəfərlik bazarına daxil olub
Tehran - İRNA - Sənaye, Mədən və Ticarət naziri İran-Avrasiya Azad Ticarət Sazişinə toxunaraq deyib: “İlk dəfə olaraq 13-cü hökumətdə 170 milyon əhalisi olan beş böyük ölkə ilə azad ticarət əlaqələri qura bilmişik.”
-
Aviasiya Təşkilatının rəhbəri İRNA-ya müsahibəsində deyib;
Avrasiya ilə azad ticarət sazişini həyata keçirməklə İranı regionda yükdaşıma mərkəzinə çevirmək
Tehran - İRNA - Aviasiya Təşkilatının rəhbəri deyib: “Ölkəmizin açıq sulara çıxışı olduğundan cənub-şimal dəhlizindən yük daşıya bilmək imkanı bizim üçün mövcuddur. Avrasiya İttifaqına üzv ölkələr arasında hava nəqliyyatı əlaqələrinin inkişafı ilə İran yükdaşıma sahəsində regionun mərkəzinə çevrilə bilər.”
-
Moskva İranın cənubuna Rusiya standartına uyğun 3-cü dəmir yolu xəttinin tikintisinə hazırlaşır
Moskva - İRNA - Rusiya Federasiyası hökuməti bu ölkənin VTB Bankının “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafı üzrə layihə ofisinin yaradılması təklifini qəbul edib. Bu ofisin missiyası İranın cənubunda Bəndər Abbasa qədər Rusiya standartlı dəmir yolu xəttinin tikintisini həyata keçirməkdir.
-
Milli maraqların tale və konkret beynəlxalq strukturla əlaqələndirilməsi strateji səhvdir
Tehran - İRNA - Xarici İşlər naziri vurğulayıb: Beynəlxalq proseslər açıq şəkildə göstərdi ki, yalnız təhlükəsizlik və ya iqtisadiyyata əsaslanan ənənəvi beynəlxalq koalisiyaların fəaliyyəti pozulmağa doğrudur; Ona görə də ölkələrin milli maraqlarını başqalarının aqibəti və taleyi ilə, konkret beynəlxalq strukturla əlaqələndirmək strateji səhvdir.
-
Aİİ İranla 30 milyard dollarlıq ticarətə hazır olduğunu elan edib
Moskva - İRNA - Avrasiya İqtisadi İttifaqının ticarət naziri bu ittifaqın İranla daimi azad ticarət sazişinin mətninin yekunlaşdığını, parlamentlərdə imzalanmağa və təsdiqlənməyə hazır olduğunu bildirərək deyib: “Bu birlik İranla ticarətin həcmini 30 milyard dollara çatdırmağa hazırdır.”