Andrey Slepnev Moskvada İRNA müxbirinə açıqlamasında əlavə edib: “Avrasiya İttifaqı ilə İran İslam Respublikası arasında daimi azad ticarət sazişinin mətni ilə bağlı danışıqlar başa çatıb. Bu o deməkdir ki, sazişin mətni imzalanma və təsdiqlənmə də daxil olmaqla lazımi proseslərdən keçməyə hazırdır. İnanırıq ki, tez bir zamanda bu məsələ izlənəcək.”
2023-cü ilin sonuna qədər azad ticarət sazişinin təsdiqlənməsinə ümidvarlıqAvrasiya İqtisadi İttifaqının ticarət naziri bildirib: “Ümid edirik ki, bu birliyin İranla azad ticarət sazişi 2023-cü ilin sonuna qədər hökumətlər arasında imzalanacaq. Bundan sonra bu saziş tərəflərin parlamentlərində təsdiqlənməlidir.”O qeyd edib ki, Avrasiya İttifaqına üzv dövlətlər İranla əməkdaşlığın genişləndirilməsinə ciddi yanaşırlar və belə görünür ki, bu vəziyyətdə saziş parlamentlərdə sürətlə təsdiqlənəcək.
Azad ticarət sazişinin imzalanması ilə ticarət mübadiləsinin artacağı gözlənilirA. Slepanev daha sonra deyib: “İran və Avrasiya İttifaqı arasında müvəqqəti razılaşma iki tərəf arasında ticarət dövriyyəsinin ikiqat artmasına səbəb olub. İnanıram ki, tam və hərtərəfli sazişin imzalanması həm də ticarət mübadiləsinin yenidən ikiqat artmasına səbəb olacaq. İran və Avrasiya İttifaqı arasında hərtərəfli sazişin imzalanması hər iki tərəfin bazarlara qarşılıqlı çıxışı üçün əlverişli şərait yaradacaq.”
Malların 95%i üçün tariflərin götürülməsiAvrasiya İqtisadi İttifaqının ticarət naziri açıqlamasının digər hissəsində bunu da bildirib ki, Aİİ-nin İran İslam Respublikası ilə daimi azad ticarət sazişinin mətnində malların 95%i üçün tariflər götürülüb və ticarət əməliyyatlarının aparılması üçün inzibati şərtlər asanlaşdırılır.
Onun sözlərinə görə, azad ticarət sazişinin imzalanması sənaye kooperasiyası sahəsində də yaxşı imkanlar verəcək və birgə layihələri inkişaf etdirmək üçün çox yaxşı mexanizmlər təqdim edəcək. Ümid edirik ki, bu çox böyük və ciddi razılaşma öz nəticəsini göstərəcək.
İran və Avrasiya İttifaqına üzv ölkələr arasında əməkdaşlığın inkişaf istiqamətlərinə toxunan Slepnev iki tərəfin yaxınlığının amilləri kimi qonşuluq ünsürü və ortaq mövqe və planları qeyd edərək deyib: “Biz əməkdaşlıq üçün yaxşı perspektiv nəzərdə tuturuq. Biz çox yaxşı bilirik ki, İran kimi böyük bir ölkə ilə ticarət mübadiləsinin həcmi hələ də çox yüksək deyil. Ona görə də belə nəzərə gəlir ki, 30 milyard dolların hədəflənməsi ölkələrimiz arasında ticarəti inkişaf etdirmək üçün yaxşı yoldur. Eyni halda bu məqsədə çatmaq üçün bir çox addımlar atılmalıdır. O cümlədən, malların daşınması logistikasını inkişaf etdirməli, sanksiyaların məhdudiyyətlərindən kənarda maliyyə və pul köçürmələri problemlərini həll etməliyik. Əminəm ki, bu məsələlər ikitərəfli əməkdaşlıq çərçivəsində öz həllini tapa bilər və tapacaqdır.”
Sizin rəyiniz