İRNA-nın çərşənbə axşamı Əl-Məyadin kanalına istinadən verdiyi məlumata görə, Livanın Hizbullah hərəkatı işğal altındakı Fələstinin "Səfəd" şəhərinin şimal-şərqində sionistlərin "İllit" qəsəbəsində düşmən İsrailin yeni yaradılmış "91-ci" komanda qərargahına PUA ilə hücum etdiyini və onu diqqətlə hədəfə aldığını elan edib.
Livan Hizbullah başqa bəyanatında da İsrail ordusunun bir kazarmasını hədəf aldığını açıqlayıb.
Hizbullahın bəyanatında deyilir: Döyüşçülərimiz “Zariit” kazarmasında düşmən əsgərlərinin toplaşdığı yeri hədəfə alıblar.
Bu bəyanata əsasən, sözügedən hücum çoxlu sayda sionistin ölümünə və yaralanmasına səbəb olub.
Bu xəbərə əsasən, sionist ordusu da Livanın cənub-qərbindəki “Üləma əş-Şəb”, “Əd-Dəhirə” və “Teyr Harfa” qəsəbələrini artilleriya hücumları ilə hədəfə alıb.
Bununla əlaqədar olaraq sionist ordusu ötən sutka ərzində 31 əsgər və zabitin yaralandığını etiraf edib.
İsrail ordusu onların 18-nin Qəzza zolağında yaralandığını açıqlayıb.