2 yanvar 2024 at 16:55
Jurnalist kodu: 5487
Xəbər kodu: 85341556
T T
0 Persons

Tags

Hizbullah İsrail ordusunun qərargahına PUA ilə hücum edib - 24 saat ərzində 31 sionist əsgər yaralanıb

Tehran – İRNA - Livan müqaviməti bu gün (çərşənbə axşamı) günortadan sonra işğal olunmuş Fələstinin şimalında sionist rejimin bir komanda mərkəzini və bir kazarmasını hədəf alındığını elan edib.

İRNA-nın çərşənbə axşamı Əl-Məyadin kanalına istinadən verdiyi məlumata görə, Livanın Hizbullah hərəkatı işğal altındakı Fələstinin "Səfəd" şəhərinin şimal-şərqində sionistlərin "İllit" qəsəbəsində düşmən İsrailin yeni yaradılmış "91-ci" komanda qərargahına PUA ilə hücum etdiyini və onu diqqətlə hədəfə aldığını elan edib.

Livan Hizbullah başqa bəyanatında da İsrail ordusunun bir kazarmasını hədəf aldığını açıqlayıb.

Hizbullahın bəyanatında deyilir: Döyüşçülərimiz “Zariit” kazarmasında düşmən əsgərlərinin toplaşdığı yeri hədəfə alıblar.

Bu bəyanata əsasən, sözügedən hücum çoxlu sayda sionistin ölümünə və yaralanmasına səbəb olub.

Bu xəbərə əsasən, sionist ordusu da Livanın cənub-qərbindəki “Üləma əş-Şəb”, “Əd-Dəhirə” və “Teyr Harfa” qəsəbələrini artilleriya hücumları ilə hədəfə alıb.

Bununla əlaqədar olaraq sionist ordusu ötən sutka ərzində 31 əsgər və zabitin yaralandığını etiraf edib.

İsrail ordusu onların 18-nin Qəzza zolağında yaralandığını açıqlayıb.

0 Persons

Sizin rəyiniz

You are replying to: .