İRNA-nın parlament müxbirinin verdiyi məlumata görə, cümə axşamı Məhəmməd Baqir Qalibafın Qətər, BƏƏ, Oman, Suriya, Türkiyə və Tunis parlamentlərinin sədrləri ilə ayrı-ayrılıqda telefon danışığı olub. Bu altı ölkənin parlament sədrləri ayrı-ayrılıqda Kirmandakı terror hadisəsi ilə bağlı başsağlığı veriblər və Qalibaf onların həmdərdlik ifadələrini yüksək qiymətləndirib.
İslami Şura Məclisinin sədri bu terror aktı ilə bağlı deyib: “Ali Məqamlı Rəhbərin bəyan etdiyi kimi şübhəsiz ki, terrorçular belə bir faciə törətdiklərinə görə İran İslam Respublikasından sərt cavab alacaqlar.”
Qətər parlamentinin sədri Həsən Abdullah əl-Qanim, BƏƏ parlamentinin sədri Səğər Ğəbbaş, Oman parlamentinin sədri Hilal bin Nasir əl-Məmuli, Suriya parlamentinin sədri Həmuda Səbbağ, Türkiyə parlamentinin sədri İbrahim Nöman Kurtulmuş, Tunis parlamentinin sədri İbrahim Budarbale bu telefon danışıqlarında İran İslam Respublikasının Fələstin məsələsini dəstəkləməkdə tutduğu müdrik və ciddi mövqeləri yüksək qiymətləndirməklə yanaşı, İranın Tehranda Fələstin Komitəsinin fövqəladə iclasının keçirilməsi ilə bağlı səylərinə görə təşəkkür ediblər.
Həmçinin, bu 6 ölkənin parlament sədrləri İranla münasibətlərin, xüsusən də parlament sahəsində əlaqələrin inkişafını vurğulayıblar.