İRNA-nın məlumatına görə, höccətül-islam vəl-müslimin Seyid Məhəmmədəli Ali-Haşim Təbrizin bu həftəki cümə namazı xütbələrində deyib: “Kirman hadisəsi göstərdi ki, düşmən öz strateji məğlubiyyətlərinin əsas səbəbkarı kimi Hacı Qasimi görür.”
İmam cümə əlavə edib: “Kirmandakı cinayət əməliyyatının məqsədi general Süleymaninin şəhadət ümməti və İmam Hüseyn (ə) ümməti adlandırdığı millətdən qisas almaqdır.
Təbrizlilər bu cinayətləri pisləyir, silahlı qüvvələrdən və təhlükəsizlik orqanlarından istəyirik, bu xəyanət və cinayətlərə uyğun vaxtda cavab versinlər.”