Təbriz imam cüməsi: “Hacı Qasim Süleymani” adı hələ də düşmənin qəlbinə vahimə salır

Təbriz - İRNA - Vəliyyi-fəqihin Şərqi Azərbaycan üzrə nümayəndəsi və Təbrizin cümə imamı Kirmandakı terror əməliyyatına toxunaraq deyib: Şəhid “Hacı Qasim Süleymani” hələ də düşmənin qəlbinə vahimə salan bir addır və onun şəhid olmasından dörd il ötməsinə baxmayaraq, adının təsirləri bölgənin balanslarında görünür.

İRNA-nın məlumatına görə, höccətül-islam vəl-müslimin Seyid Məhəmmədəli Ali-Haşim Təbrizin bu həftəki cümə namazı xütbələrində deyib: “Kirman hadisəsi göstərdi ki, düşmən öz strateji məğlubiyyətlərinin əsas səbəbkarı kimi Hacı Qasimi görür.”

İmam cümə əlavə edib: “Kirmandakı cinayət əməliyyatının məqsədi general Süleymaninin şəhadət ümməti və İmam Hüseyn (ə) ümməti adlandırdığı millətdən qisas almaqdır.

Təbrizlilər bu cinayətləri pisləyir, silahlı qüvvələrdən və təhlükəsizlik orqanlarından istəyirik, bu xəyanət və cinayətlərə uyğun vaxtda cavab versinlər.”

Sizin rəyiniz

You are replying to: .