Beynəlxalq hava yolları şirkətləri sionistlərlə işləmək istəmir.
“Globes” iqtisadi qəzeti bununla bağlı yazıb ki, 40 beynəlxalq aviaşirkət Qəzzaya qarşı müharibə səbəbindən işğal olunmuş ərazilərə qayıtmır.
“Bəzi şirkətlər də öz uçuş marşrutlarını təyin etməyi gecikdirir və bu, İsrail üçün ölümcül iqtisadi zərbədir” - deyə, qəzet bildirib.
Eyni vaxtda sionist rejimin mərkəzi bankı da bu yaxınlarda elan edib ki, bu rejimlə HƏMAS arasında davam edən qarşıdurma səbəbindən minlərlə işçinin iş yerlərində olmaması onun iqtisadiyyatına həftədə 2,3 milyard şekel (təxminən 600 milyon ABŞ dolları) və ya həftəlik ümumi daxili məhsulunun 6 faizini ziyan vurub.