15 fevral 2024 at 16:44
Jurnalist kodu: 5487
Xəbər kodu: 85387912
T T
0 Persons
Beynəlxalq aviaşirkətlərin sionist rejimin iqtisadiyyatına ölümcül zərbəsi

Tehran - İRNA - Qərb mənbələri beynəlxalq aviaşirkətlərin işğal olunmuş ərazilərdə fəaliyyət göstərmək istəməməsinə işarə edərək, bunu sionist rejim üçün “ölümcül zərbə” adlandırıblar.

Beynəlxalq hava yolları şirkətləri sionistlərlə işləmək istəmir.

“Globes” iqtisadi qəzeti bununla bağlı yazıb ki, 40 beynəlxalq aviaşirkət Qəzzaya qarşı müharibə səbəbindən işğal olunmuş ərazilərə qayıtmır.

“Bəzi şirkətlər də öz uçuş marşrutlarını təyin etməyi gecikdirir və bu, İsrail üçün ölümcül iqtisadi zərbədir” - deyə, qəzet bildirib.

Eyni vaxtda sionist rejimin mərkəzi bankı da bu yaxınlarda elan edib ki, bu rejimlə HƏMAS arasında davam edən qarşıdurma səbəbindən minlərlə işçinin iş yerlərində olmaması onun iqtisadiyyatına həftədə 2,3 milyard şekel (təxminən 600 milyon ABŞ dolları) və ya həftəlik ümumi daxili məhsulunun 6 faizini ziyan vurub.

0 Persons

Sizin rəyiniz

You are replying to: .