Tehran - İRNA - BMT-nin Livanın cənubundakı Sülhməramlı Qüvvələrinin sözçüsü (UNIFIL) sionist rejimin Livana hücumlarını "narahatedici" və beynəlxalq qanunların pozulması kimi qiymətləndirib.

UNIFIL-in sözçüsü Andre Tenti deyib: “Ötən son bir neçə gündə atəş mübadiləsində, mavi xəttdən uzaq ərazilərin hədəfə alınması da daxil olmaqla, atəş mübadiləsində həyəcan verici dəyişiklik müşahidə etdik.”

“Münaqişənin şiddətlənməsi çoxlu sayda insanın, o cümlədən uşaqların həyatına son qoyub, həmçinin evlərə və ictimai infrastruktura xeyli ziyan vurub, minlərlə mülki vətəndaşın həyatını təhlükəyə salıb” - deyə, o, qeyd edib.

Andre Tenti vurğulayıb: “Mülki əhalini hədəf alan hücumlar beynəlxalq hüququn pozulması və müharibə cinayətidir.”