UNIFIL-in sözçüsü Andre Tenti deyib: “Ötən son bir neçə gündə atəş mübadiləsində, mavi xəttdən uzaq ərazilərin hədəfə alınması da daxil olmaqla, atəş mübadiləsində həyəcan verici dəyişiklik müşahidə etdik.”
“Münaqişənin şiddətlənməsi çoxlu sayda insanın, o cümlədən uşaqların həyatına son qoyub, həmçinin evlərə və ictimai infrastruktura xeyli ziyan vurub, minlərlə mülki vətəndaşın həyatını təhlükəyə salıb” - deyə, o, qeyd edib.
Andre Tenti vurğulayıb: “Mülki əhalini hədəf alan hücumlar beynəlxalq hüququn pozulması və müharibə cinayətidir.”
Sizin rəyiniz