Tehran - İRNA - Media mənbələri bu gün (çərşənbə) günorta saatlarında Dəməşqdə bir neçə yeni partlayışın baş verdiyini bildirib.

“Sky News” ərəb kanalı Suriyanın paytaxtı Dəməşq şəhərində bir neçə yeni partlayışın baş verdiyini xəbər verib.

Telekanal həmçinin qeyd edib ki, Suriya Ordusunun Hava Hücumundan Müdafiə Sistemləri geniş şəkildə işə düşüb və Dəməşq səmasında düşmən hədəflərinin qarşısını alır.

Rusiyanın “Sputnik” xəbər agentliyi də bununla bağlı bildirib: “Mövcud məlumatlar göstərir ki, İsrail qırıcıları Dəməşq ətrafında bəzi yerləri hədəfə almaq üçün işğal olunmuş Suriyanın Qolan hava məkanından bir sıra raketlər atıb.”

Bu xəbərə görə, Suriya ordusunun müdafiə sistemləri bu hücumu dəf edib və atılan raketlərin əksəriyyətini vura bilib.