Tehran - İRNA - İordan çayının qərb sahilindəki Tubas şəhərində sionist qüvvələrlə toqquşmada üç fələstinli mübariz şəhid olub.

Çərşənbə axşamı səhər saatlarında işğalçı sionist rejim qüvvələri Tubas şəhəri və İordan çayının qərb sahilinin şimalındakı Əl-Faria düşərgəsinə hücum ediblər və fələstinli mübarizlərlə toqquşublar.

Bu hücumda üç fələstinli döyüşçü şəhid olub, daha üçü isə yaralanıb.

Sionist rejim əsgərləri Ramallahın şimalındakı “Əl-Cəlzun” düşərgəsinə də basqın edərək çoxlu sayda fələstinli gənci həbs ediblər.

Sionistlərin bu cinayətindən sonra Tubas şəhərində və əl-Faria düşərgəsində ümumi tətil elan edilib.

Fələstinli Məhbuslar Klubu da son hesabatında bunu bildirib ki, Əl-Əqsa Tufanı əməliyyatının başlamasından bu yana İordan çayının qərb sahilində fələstinli məhbusların sayı 7225 nəfərə çatıb.