Çərşənbə axşamı səhər saatlarında işğalçı sionist rejim qüvvələri Tubas şəhəri və İordan çayının qərb sahilinin şimalındakı Əl-Faria düşərgəsinə hücum ediblər və fələstinli mübarizlərlə toqquşublar.
Bu hücumda üç fələstinli döyüşçü şəhid olub, daha üçü isə yaralanıb.
Sionist rejim əsgərləri Ramallahın şimalındakı “Əl-Cəlzun” düşərgəsinə də basqın edərək çoxlu sayda fələstinli gənci həbs ediblər.
Sionistlərin bu cinayətindən sonra Tubas şəhərində və əl-Faria düşərgəsində ümumi tətil elan edilib.
Fələstinli Məhbuslar Klubu da son hesabatında bunu bildirib ki, Əl-Əqsa Tufanı əməliyyatının başlamasından bu yana İordan çayının qərb sahilində fələstinli məhbusların sayı 7225 nəfərə çatıb.
Sizin rəyiniz