Məhəmməd əl-Hindi əlavə edib: “Müqavimət hərtərəfli razılaşma əvəzinə addım-addım razılaşma ilə bağlı çevikliyini göstərdi, lakin sionist rejim süründürür və vaxt itirir.”
O, qeyd edib ki, işğalçı rejim Fələstin müqaviməti ilə razılaşmaqdan yayınmaq üçün hiylələrə əl atır və Qəzza zolağına hakim olmaq üçün bu bölgə vətəndaşlarını aclıqdan və anarxiyaya məruz qoymaq siyasətindən istifadə edir.
“Bizim üçün əsas məsələ humanitar yardımın gəlməsi deyil, biz İsrailə müharibəni dayandırmaq və blokadanı aradan qaldırmaq üçün təzyiq istəyirik” - deyə, Əl-Hindi vurğulayıb.