28 fevral 2024 at 11:36
Jurnalist kodu: 5487
Xəbər kodu: 85401053
T T
0 Persons

Tags

İslami Cihad: Ramazana qədər Qəzza ilə bağlı razılığın əldə olunması ehtimalı var

Tehran - İRNA - Fələstin İslami Cihad Hərəkatı Baş katibinin müavini deyib: “Mübarək Ramazan ayı gələnə qədər Qəzza zolağı ilə bağlı razılığa gəlmək ehtimalı var, lakin sionist rejim öz inadkarlığını nümayiş etdirir.”

Məhəmməd əl-Hindi əlavə edib: “Müqavimət hərtərəfli razılaşma əvəzinə addım-addım razılaşma ilə bağlı çevikliyini göstərdi, lakin sionist rejim süründürür və vaxt itirir.”

O, qeyd edib ki, işğalçı rejim Fələstin müqaviməti ilə razılaşmaqdan yayınmaq üçün hiylələrə əl atır və Qəzza zolağına hakim olmaq üçün bu bölgə vətəndaşlarını aclıqdan və anarxiyaya məruz qoymaq siyasətindən istifadə edir.

“Bizim üçün əsas məsələ humanitar yardımın gəlməsi deyil, biz İsrailə müharibəni dayandırmaq və blokadanı aradan qaldırmaq üçün təzyiq istəyirik” - deyə, Əl-Hindi vurğulayıb.

0 Persons

Sizin rəyiniz

You are replying to: .