Tehran - İRNA - Yəmən Ənsarullah Hərəkatı bir daha bəyan edib ki, Qəzza zolağına humanitar yardımın daxil olması müqabilində batmış İngiltərə gəmisinin Qırmızı dənizdən çıxarılmasına icazə verir.

Yəmənin Ənsarullah Hərəkatının siyasi ofisinin üzvü Məhəmməd Əli əl-Husi "X" sosial şəbəkəsində yazıb: “Bir daha vurğulayırıq ki, mühasirədə olan Qəzza zolağına humanitar  yardım maşınlarının daxil olması müqabilində batmış İngiltərə gəmisinin çıxarılmasına icazə verilməsi təklifi hələ də masa üzərindədir.”

İRNA-nın məlumatına görə, Yəmən Hərbi Dəniz Qüvvələri fevralın 18-də Qırmızı dənizdə İngiltərə bayrağı altında üzən M/V Rubymar yük gəmisini hədəfə alıb.

Bu gəmi hazırda 41 min ton gübrə yüki ilə Yəmən sahillərində yarı batmış vəziyyətdədir.