Yəmənin Ənsarullah Hərəkatının siyasi ofisinin üzvü Məhəmməd Əli əl-Husi "X" sosial şəbəkəsində yazıb: “Bir daha vurğulayırıq ki, mühasirədə olan Qəzza zolağına humanitar yardım maşınlarının daxil olması müqabilində batmış İngiltərə gəmisinin çıxarılmasına icazə verilməsi təklifi hələ də masa üzərindədir.”
İRNA-nın məlumatına görə, Yəmən Hərbi Dəniz Qüvvələri fevralın 18-də Qırmızı dənizdə İngiltərə bayrağı altında üzən M/V Rubymar yük gəmisini hədəfə alıb.
Bu gəmi hazırda 41 min ton gübrə yüki ilə Yəmən sahillərində yarı batmış vəziyyətdədir.
Sizin rəyiniz