Harris bazar ertəsi səhər saatlarında Alabama ştatında etdiyi çıxışda bildirib ki, Qəzzada dərhal atəşkəs yaradılmalı, bu zolağa daha çox yardım göndərilməli və Fələstin müqaviməti tərəfindən saxlanılan əsirlər azad edilməlidir.
O əlavə edib ki, Qəzza əhalisi humanitar fəlakətdən əziyyət çəkir və bu bölgədəki şərait qeyri-insanidir.
“İndependent” qəzeti də xəbər verib ki, Harris HƏMAS və İsrail rəsmilərini Qəzzada 6 həftəlik atəşkəs razılaşması təklifini qəbul etməyə çağırıb.
ABŞ-ın Vitse-prezidenti deyib: “Qəzzada baş verən faciənin şiddətinə diqqət etməklə, ən azı 6 həftəlik atəşkəs dərhal təmin edilməlidir.
O, İsraildən “heç bir bəhanəsiz” daha çox yardımın Qəzzaya daxil olmasına icazə verməsini istəyib.