4 mart 2024 at 10:49
Jurnalist kodu: 5487
Xəbər kodu: 85407396
T T
0 Persons

Tags

Harris Qəzzada dərhal atəşkəsə və fələstinlilərə daha çox yardım etməyə çağırıb

Tehran - İRNA - ABŞ-ın Vitse-prezidenti Kamala Harris Qəzza zolağındakı vəziyyəti qeyri-insani adlandırıb, bu zolağda dərhal atəşkəsi vurğulayaraq sionist rejimi “heç bir bəhanə olmadan” daha çox yardımın bu bölgəyə daxil olmasına icazə verməyə çağırıb.

Harris bazar ertəsi səhər saatlarında Alabama ştatında etdiyi çıxışda bildirib ki, Qəzzada dərhal atəşkəs yaradılmalı, bu zolağa daha çox yardım göndərilməli və Fələstin müqaviməti tərəfindən saxlanılan əsirlər azad edilməlidir.

O əlavə edib ki, Qəzza əhalisi humanitar fəlakətdən əziyyət çəkir və bu bölgədəki şərait qeyri-insanidir.

“İndependent” qəzeti də xəbər verib ki, Harris HƏMAS və İsrail rəsmilərini Qəzzada 6 həftəlik atəşkəs razılaşması təklifini qəbul etməyə çağırıb.

ABŞ-ın Vitse-prezidenti deyib: “Qəzzada baş verən faciənin şiddətinə diqqət etməklə, ən azı 6 həftəlik atəşkəs dərhal təmin edilməlidir.

O, İsraildən “heç bir bəhanəsiz” daha çox yardımın Qəzzaya daxil olmasına icazə verməsini istəyib.

0 Persons

Sizin rəyiniz

You are replying to: .