Tehran - İRNA - Livan Hizbullah Hərəkatının Baş katibi Seyid Həsən Nəsrullah çərşənbə günü axşam saatlarında Qəzza əhalisini dua, hərbi və maddi yardımlarla dəstəkləməli olduğumuzu bildirərək deyib: “Baydenin Qəzzada müharibəni dayandıra bilməyəcəyinə kim inanır?”

Beyrutun cənubunda yerləşən Səyyidə Zeynəb (ə) kompleksində mübarək Ramazan ayının başlanması münasibətilə çıxış edən Seyid Nəsrullah əlavə edib: “Bayden Qəzza müharibəsini və sionist rejimin təcavüzünü saniyənin kiçik bir hissəsində dayandıra bilər.”

Amerika hökumətini axmaq hökumət adlandıran Hizbullah lideri “yaxşı olar ki, Vaşinqton Qəzzada müharibəni dayandırsın” - deyə, vurğulayıb.

Livan Hizbullah Hərəkatının Baş katibi əlavə edib: “Sionist düşmənin məğlubiyyətinin əlamətlərindən biri də Qəzza müharibəsinin altıncı ayında HƏMAS ilə danışıqlar aparmasıdır.”

O, daha sonra deyib: “İraq İslami müqavimətinin işğal olunmuş əraziləri pilotsuz təyyarə və raketlərlə hədəfə alması davam edir.”

Nəsrullah şimal cəbhəsindəki vəziyyətə toxunaraq deyib: “Şimal cəbhəsində düşmənin qüvvə və silahlarının itkiləri ilə bağlı ciddi senzura hökm sürür.”

O əlavə edib: “Bu gün İsrail ordusu yorğundur və bütün cəbhələrdə tükənib, ölənlərinin sayı isə bu rejimin elan etdiyi saydan xeyli çoxdur.”