Beyrutun cənubunda yerləşən Səyyidə Zeynəb (ə) kompleksində mübarək Ramazan ayının başlanması münasibətilə çıxış edən Seyid Nəsrullah əlavə edib: “Bayden Qəzza müharibəsini və sionist rejimin təcavüzünü saniyənin kiçik bir hissəsində dayandıra bilər.”
Amerika hökumətini axmaq hökumət adlandıran Hizbullah lideri “yaxşı olar ki, Vaşinqton Qəzzada müharibəni dayandırsın” - deyə, vurğulayıb.
Livan Hizbullah Hərəkatının Baş katibi əlavə edib: “Sionist düşmənin məğlubiyyətinin əlamətlərindən biri də Qəzza müharibəsinin altıncı ayında HƏMAS ilə danışıqlar aparmasıdır.”
O, daha sonra deyib: “İraq İslami müqavimətinin işğal olunmuş əraziləri pilotsuz təyyarə və raketlərlə hədəfə alması davam edir.”
Nəsrullah şimal cəbhəsindəki vəziyyətə toxunaraq deyib: “Şimal cəbhəsində düşmənin qüvvə və silahlarının itkiləri ilə bağlı ciddi senzura hökm sürür.”
O əlavə edib: “Bu gün İsrail ordusu yorğundur və bütün cəbhələrdə tükənib, ölənlərinin sayı isə bu rejimin elan etdiyi saydan xeyli çoxdur.”
Sizin rəyiniz