Tehran - İRNA - Xarici İşlər Nazirliyinin mətbuat katibi bildirib: “Bəşəriyyətin vicdanı və dünya ictimai rəyində Amerika sionist rejimin silahlanmasında iştirakına görə hər cür insan haqları və humanitar qanunların pozulmasının əsas müttəhimidir. Bu ölkənin fələstinlilərə ərzaq göndərmək və ərzaqla təmin etmək səyləri ilə bağlı nümayişkaranə və ikiüzlü hərəkəti ABŞ-ın sionist rejimin hərbi cinayətlərinə hərtərəfli dəstəyinin reallığını azaltmır.”

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin katibi X sosial şəbəkəsində yazıb: “Amerika rəsmiləri İranda insan haqları ilə bağlı öz təbliğat maşınlarını işə salaraq qabaqdangəlmişlik etməklə, ABŞ-ın Qəzzada və İordan çayının qərb sahilində məzlum Fələstin xalqının soyqırımında və kütləvi qətlində iştirakını və zülmünü təmizə çıxara bilməyəcəklər.

İnsan hüquqlarının və beynəlxalq insan hüquqları mexanizmlərinin siyasi və alət kimi istifadəsi Amerika xarici siyasətinin reallığının bir hissəsidir.”