Tehran - İRNA - Beynəlxalq Əfv Təşkilatı beynəlxalq ictimaiyyəti İsrail rejiminə Qəzza zolağında soyqırım cinayətinin qarşısını almaq üçün Beynəlxalq Ədalət Məhkəməsinin qərarına əməl etmədiyinə görə sanksiya qoymağa çağırıb.

Təşkilat “X” sosial şəbəkəsindəki  səhifəsində yazıb: “Beynəlxalq Ədalət Məhkəməsinin qərarını yerinə yetirilməsi məqsədilə ölkələr İsrail əleyhinə məqsədyönlü sanksiyalar tətbiq etməli və bu rejimə silah verməkdən çəkinməlidir.”

Bu insan haqları təşkilatı bildirib ki, Təl-Əviv Haaqadakı beynəlxalq məhkəmənin əmrlərinə tabe olmayıb və Qəzza zolağında fələstinlilərə əsas yardım və xidmətlər göstərməyə çalışmır.