Süməyyə Kərimdust BMT İnsan Haqları Şurasının İran bölməsinin səhər növbəsindəki iclasında çıxışı zamanı Cavid Rəhmanın hesabatına münasibət bildirərək deyib: “Şuranın siyasiləşməsinə qarşı çıxanların hamısına təşəkkür edirik. Əsas sponsorlar şuradan siyasi uğur əldə etmək üçün alət kimi istifadə etməyi dayandırmalıdırlar. Bütün bunlara baxmayaraq, biz hələ də insan haqları işini dəstəkləməkdə qərarlıyıq. Heç bir şey bizi insan hüquqlarının təşviqi və müdafiəsi üçün institutlarımızı gücləndirməkdən və hüquqi, məhkəmə və inzibati infrastrukturu təkmilləşdirməkdən yayındıra bilməz. İran insan haqları mexanizmləri, o cümlədən UPR, xüsusi prosedurlar, müqavilə qurumları və BMT İnsan Hüquqları üzrə Ali Komissarlığının Ofisi ilə dəyərli əməkdaşlığını davam etdirəcək. Ən son nümunə kimi İran Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Pakt çərçivəsində hesabatını İnsan Hüquqları Komitəsinə –ötən ilin noyabrında İran İslam Respublikasının yüksək səviyyəli nümayəndə heyətinin iştirakı ilə müvafiq komitə üzvləri ilə iki günlük interaktiv dialoqda iştirak etmişdir – təqdim edib. Biz dinləmə və iştirakda qərarlıyıq.”
Publish Date: 18 mart 2024 - 17:02
Tehran - İRNA - Ölkəmizin BMT İnsan Haqları Şurasındakı insan haqları üzrə attaşesi deyib: “Təəssüf edirik; İrana aid hesabata məsul şəxs İngiltərə hökuməti və digər maraqlı tərəflər vasitəsilə şuraya qoyulan missiyaya haqq qazandırmaq üçün hərəkətə keçməli olan İngiltərə vətəndaşıdır.”