İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan yeni şəmsi ili ərəfəsində xaricdə yaşayan iranlılara ünvanladığı müraciətdə Novruz bayramının gəlişini təbrik edib.
Müraciətdə bildirilir: “Cənab Rəisi hökumətindəki səyimiz əziz İranın izzət və nüfuzunu və bütün iranlıların hər gün artan başıucalığını daha da yüksəltməkdir.”
Xarici İşlər naziri əlavə edib: “İran İslam Respublikasının 13-cü hökumətinin əvvəlindən bizim qətiyyətimiz budur ki, əziz iranlıların vətənə və ana yurda gediş-gəlişi üçün maksimum şərait yaradaq.”