19 mart 2024 at 12:36
Jurnalist kodu: 5487
Xəbər kodu: 85422558
T T
0 Persons

Tags

Əmir Abdullahiyan Novruz mesajında: İran bütün iranlılarındır

19 mart 2024 at 12:36
Xəbər kodu: 85422558
Əmir Abdullahiyan Novruz mesajında: İran bütün iranlılarındır

Xarici iİşlər naziri İran vətəndaşlarına asan konsulluq xidmətləri göstərilməsi və hərtərəfli dəstəyin ciddi şəkildə davam etdiriləcəyini bəyan edərək deyib: “Bədxahların istək və cəhdlərinə baxmayaraq, bu gün əziz İran hərtərəfli tərəqqi və davamlı inkişaf yolunda sürətlə irəliləyir.”

İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan yeni şəmsi ili ərəfəsində xaricdə yaşayan iranlılara ünvanladığı müraciətdə Novruz bayramının gəlişini təbrik edib.

Müraciətdə bildirilir: “Cənab Rəisi hökumətindəki səyimiz əziz İranın izzət və nüfuzunu və bütün iranlıların hər gün artan başıucalığını daha da yüksəltməkdir.”

Xarici İşlər naziri əlavə edib: “İran İslam Respublikasının 13-cü hökumətinin əvvəlindən bizim qətiyyətimiz budur ki, əziz iranlıların vətənə və ana yurda gediş-gəlişi üçün maksimum şərait yaradaq.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .