Cümə axşamı Nasir Kənani Xarici İşlər Nazirliyinin X sosial şəbəkəsindəki səhifəsində yazıb: “Sionist rejimin fələstinlilərə qarşı törətdiyi soyqırım cinayəti hazırda BMT-nin xüsusi məruzəçisi tərəfindən təsdiqlənib və vurğulanıb.”
N. Kənani əlavə edib: “Milli hökumətlər və beynəlxalq siyasi və hüquqi birliklər və qurumlar indi təkcə dünya ictimai rəyinin deyil, həm də tarixin mühakiməsi ilə qarşılaşıblar. Onlar insani, hüquqi və tarixi məsuliyyətlərini yerinə yetirəcəklərmi?”