28 mart 2024 at 21:14
Jurnalist kodu: 5487
Xəbər kodu: 85429749
T T
0 Persons
İran XİN sözçüsünün Qəzzada “soyqırım anatomiyası” ilə bağlı mesajı

Tehran - İRNA - Xarici İşlər Nazirliyinin mətbuat katibi BMT məruzəçisinin Qəzzada sionist rejimin törətdiyi soyqırım ilə bağlı açıqlamasına münasibət bildirərək yazıb: “Milli hökumətlər və beynəlxalq siyasi və hüquqi qurumlar indi təkcə dünya ictimai rəyinin deyil, həm də tarixin mühakiməsi ilə qarşılaşıblar.”

Cümə axşamı Nasir Kənani Xarici İşlər Nazirliyinin X sosial şəbəkəsindəki səhifəsində yazıb: “Sionist rejimin fələstinlilərə qarşı törətdiyi soyqırım cinayəti hazırda BMT-nin xüsusi məruzəçisi tərəfindən təsdiqlənib və vurğulanıb.”

N. Kənani əlavə edib: “Milli hökumətlər və beynəlxalq siyasi və hüquqi birliklər və qurumlar indi təkcə dünya ictimai rəyinin deyil, həm də tarixin mühakiməsi ilə qarşılaşıblar. Onlar insani, hüquqi və tarixi məsuliyyətlərini yerinə yetirəcəklərmi?”

0 Persons

Sizin rəyiniz

You are replying to: .