Tehran - İRNA - Xəbər mənbələri cümə günü səhər saatlarında bildiriblər ki, sionist rejimin Qəzzənin mərkəzi və cənubuna hava hücumları nəticəsində 18 fələstinlinin şəhid olub.

Sionist rejim təyyarələrinin Qəzzənin cənubunda yerləşən Rəfəh şəhərinin şimalında bir evi bombalaması nəticəsində aralarında qadın və uşaqların da olduğu 12 fələstinli şəhid olub və bir neçə nəfər yaralanıb.

Həmçinin sionist rejimin Qəzzə zolağının mərkəzində yerləşən Məğazi düşərgəsində yaşayış evini bombalaması nəticəsində azı 6 nəfər şəhid olub.