Livan Hizbullahı yaydığı bəyanatda bildirib ki, Qəzzə zolağında Fələstin xalqına və onların cəsur və şərəfli müqavimətinə dəstək olaraq, islami müqavimət mübarizləri “Ər-Rəhab” hərbi bazasını və onun ətrafına düşmən əsgərlərinin toplaşmasını uyğun raket silahları ilə hədəfə aldılar.
Hizbullah digər bir bəyanatında Branit hərbi hissəsinin arxasında bir komanda mərkəzinin raketlə hədəf alındığını açıqlayıb.