Livan Hizbullah Hərəkatının Baş katibi Seyid Həsən Nəsrullah bu gün Beyrutun cənubundakı Dahiya bölgəsində şəhid general-mayor Məhəmmədrza Zahidinin anım mərasimində çıxış edib.
Hizbullah lideri bildirib ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Suriya və Livanda iştirakı İsrailin Livana hücumundan sonra 1982-ci ilə təsadüf edir. O zaman İmam Xomeyni (r) hələ həyatda idi və İrana qarşı da müharibə gedirdi. SEPAH döyüşçüləri cəbhələrdə idilər, bununla belə, İsrailin hücumu səbəbindən Livan və Suriyaya gəldilər ki, işğalçı rejim əleyhinə mübarizədə kömək etsinlər.
Seyid Həsən deyib: “2011-ci ildə Suriyada baş verən hadisələrlə eyni vaxtda Suriyada baş verənlərin bütün bölgədəki müqavimət üçün təhlükə olduğuna inanan bir sıra iranlı məsləhətçilər və müqavimət qruplarının qüvvələri Suriyaya gəldi.”
Hizbullah lideri İran konsulluğunun hədəfə alınmasının təkcə Suriyaya deyil, həm də İran ərazisinə hücum olduğunu bəyan edərək deyib: “Terrorun səviyyəsi nəzərə alınmalıdır. General Zahidi Suriya və Livandakı iranlı məsləhətçilərin komandiri idi, yəni hücum ən yüksək səviyyədə həyata keçirilib.”
Seyid Həsən çıxışının davamında deyib: “İsrailliləri belə gözləməyə sövq edən səbəblərdən biri də SEPAH-ın təhdid səviyyəsinin çox yüksək olmasıdır. İsraillilər deyirlər ki, biz bundan əvvəl İnqilab Keşikçilərini hədəfə almışıq, amma İslam Respublikası bizim kimi üçüncü ölkədə cavab verir. Lakin bu dəfə belə deyil. İmam Xamenei və İran rəsmiləri İranın cavabının birbaşa olacağına dair qəti qərar veriblər. Amerikalılar və israillilər İran İslam Respublikasının cavab verəcəyini qəbul ediblər.”
Publish Date: 8 aprel 2024 - 19:59
Tehran - İRNA - Livan Hizbullah Hərəkatının Baş katibi deyib: “Amerikalılar və israillilər İranın Dəməşqdəki konsulluğuna qarşı təcavüzə İranın cavab verəcəyini anladılar.”