HƏMAS bəyanatında İranın sionist rejimə qarşı hərbi əməliyyatının təbii haqq olduğunu və bu ölkənin Dəməşqdəki konsulluğunun bombalanması cinayətinə layiqli cavab olduğunu vurğulayıb.
Bu bəyanatda deyilir: Biz region ölkələri və xalqlarının sionist rejimin təcavüzünə qarşı özlərini müdafiə etmək üçün təbii haqqı olduğunu vurğulayırıq.
Bu bəyanatın başqa bir hissəsində deyilir: Ərəb və İslam ümmətindən və dünya azadələrindən və müqavimət güclərindən Əl-Əqsa tufanı əməliyyatına dəstəklərini davam etdirmələrini xahiş edirik.