14 aprel 2024 at 12:20
Jurnalist kodu: 5487
Xəbər kodu: 85443898
T T
0 Persons

Tags

HƏMAS hərəkatı: İranın hücumu təbii hüquq və layiqli cavab idi

14 aprel 2024 at 12:20
Xəbər kodu: 85443898
HƏMAS hərəkatı: İranın hücumu təbii hüquq və layiqli cavab idi

Tehran - İRNA - Fələstin İslami Müqavimət Hərəkatı (Həmas) İranın sionist rejimə hücumunu təbii və layiqli cavab kimi qiymətləndirib.

HƏMAS bəyanatında İranın sionist rejimə qarşı hərbi əməliyyatının təbii haqq olduğunu və bu ölkənin Dəməşqdəki konsulluğunun bombalanması cinayətinə layiqli cavab olduğunu vurğulayıb.

Bu bəyanatda deyilir: Biz region ölkələri və xalqlarının sionist rejimin təcavüzünə qarşı özlərini müdafiə etmək üçün təbii haqqı olduğunu vurğulayırıq.

Bu bəyanatın başqa bir hissəsində deyilir: Ərəb və İslam ümmətindən və dünya azadələrindən və müqavimət güclərindən Əl-Əqsa tufanı əməliyyatına dəstəklərini davam etdirmələrini xahiş edirik.

0 Persons

Sizin rəyiniz

You are replying to: .